İlham Əliyev Məsud Pezeşkiana zəng edib – Doğum günü təbriki və ikitərəfli əlaqələr müzakirə olunub
.
İlham Əliyev Məsud Pezeşkiana zəng edib – Doğum günü təbriki və ikitərəfli əlaqələr müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsud Pezeşkianla telefon danışığı zamanı cənab Pezeşkianı doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar. Azərbaycan Hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.