Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb.
Görüş zamanı tərəflər dəhliz yolları və tranzit marşrutlarının tikintisinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tehran, bu səfər çərçivəsində əldə edilmiş razılaşmaların və əvvəlki səfərin anlaşmalarının həyata keçirilməsində maraqlı olduğunu qeyd edərək, iqtisadi və ticarət layihələrinin həyata keçirilməsində müşahidə olunan maneələrin aradan qaldırılmasına təkid edib.
Qeyd edilib ki, Bu mühüm layihələrin həyata keçirilməsi üçün, onlarla ən yüksək səviyyədə maraqlanmaq lazımdır.
Azərbaycan Prezidentinin köməkçisi həmçinin İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri cənab Mehdi Sənai ilə görüşüb və fikir mübadiləsi aparıb.