İRAN VƏ AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyası çərçivəsində görüşərək son regional proseslər və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıblar.
Əraqçi bölgədəki son prosesləri şərh edərək, İran İslam Respublikasının cari hadisələr və münaqişənin miqyasının genişlənməsinin qarşısının alınmasının zəruriliyi ilə bağlı mövqelərini açıqlayıb. O, Amerikanın İrana qarşı düşmənçilik siyasətinin, qeyri-qanuni və birtərəfli sanksiyalarının davam etməsinə işarə edərək vurğulayıb ki, iqtisadi təzyiq alətlərindən istifadə etmək və xalqların hüquqlarını pozmaq diplomatiya və dialoqu əvəz edə bilməz.
Bölgə ölkələri arasında əməkdaşlıq və məsləhətləşmələrin əhəmiyyətini vurğulayan Əraqçi ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin, eləcə də regional əməkdaşlığın sabitliyin və təhlükəsizliyin möhkəmlənməsindəki təsirli rolunun vacibliyini qeyd edib.
Görüşdə, həmçinin İran və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə aid məsələlər və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.