İran İslam Şurası Məclisinin sədrinin Azərbaycan Baş nazirinin müavini ilə Tehranda görüşü
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniş tərkibli görüşlər keçirib.
Səfər çərçivəsində Şahin Mustafayev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb. Görüşdə hər iki ölkənin parlamentlərinin Azərbaycan və İran tərəfindən irəli sürülən birgə təşəbbüslərin gerçəkləşməsində və qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.
Danışıqlar zamanı qeyd olunub ki, iki ölkə liderləri arasında formalaşan səmimi münasibətlər ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətləndirilməsinə mühüm və müsbət təsir göstərib.