News Agency:Xəbərlər
İranın Azərbaycan Respublikasındakı səfirinin daxili işlər naziri ilə görüşü
.
İranın Azərbaycan Respublikasındakı səfirinin daxili işlər naziri ilə görüşü   İranın Azərbaycan Respublikasındakı səfiri İranın daxili işlər naziri ilə görüşündə iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişaf dinamikası barədə hesabat təqdim etmişdir. İranın Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu ilə İranın daxili işlər naziri İsgəndər Momeninin görüşündə sərhəd əlaqələri və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilmiş, iki ölkənin təhlükəsizlik və hüquq-mühafizə sahələrində əməkdaşlığının mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır. Bundan başqa İranın daxili işlər nazirinin Azərbaycana planlaşdırılan səfəri istiqamətində regional məsələlər haqda fikir mübadiləsi aparılıb.
© 2019 - economy@mfa.ir