Dr. Pezeşkian Azərbaycan Respublikasının Prezidenti ilə görüşüb
Dr. Pezeşkian Azərbaycan Respublikasının Prezidenti ilə görüşdə:
Bu gün İran İslam Respublikasının çəkindirici gücü ən yüksək səviyyədədir.
Prezident Pezeşkian İran İslam Respublikasının çəkindirici gücünün bu gün ən yüksək səviyyədə olduğunu bildirərək dedi: "Sionist rejim öz hesablamalarında hücumları nəticəsində İran xalqının küçələrə axışacağına xüsusi ümid bəsləyirdi. Lakin İran xalqının əksəriyyətinin ölkəsinə verdiyi yekdil dəstək və silahlı qüvvələrin qətiyyətli cavabı sionist rejimin fitnələrini zərərsizləşdirdi".
Dr. Məsud Pezeşkian, iyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında iştirak məqsədilə Azərbaycan Respublikasına səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüşündə, bu ölkəyə əvvəlki səfərinin nəticə və nailiyyətlərinin iki ölkə arasında münasibətlərin genişlənməsi yolunda bəzi maneələrin aradan qaldırılmasına xidmət etdiyini məmnuniyyətlə qeyd edərək bildirdi: "İran və Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi həm iki ölkənin, həm də region ölkələrinin maraqlarının təmin olunmasına, eləcə də gücümüzün artmasına səbəb olacaq".
Prezident Pezeşkian sionist rejimin ABŞ-la danışıqların ortasında ölkəmizə hücumlarına toxunaraq əlavə etdi: "Sionist rejim öz hesablamalarında hücumları nəticəsində İran xalqının küçələrə axışacağına xüsusi ümid bəsləyirdi. Lakin İran xalqının əksəriyyətinin ölkəsinə verdiyi yekdil dəstək və silahlı qüvvələrin qətiyyətli cavabı sionist rejimin fitnələrini zərərsizləşdirdi. İran İslam Respublikasının çəkindirici gücü bu gün ən yüksək səviyyədədir".
Azərbaycan Respublikasının Prezidenti də bu görüşdə ölkəsinin sionist rejimin hücumlarını ilk saatlardan qınaması və İranın özünü müdafiə etmək üçün qanuni hüququna dəstək verdiyini vurğulayaraq dedi: "İran xalqı öz tarixinin bu çətin mərhələsindən üzüağ çıxdı".
Prezident Əliyev əlavə etdi: "Azərbaycan Respublikası bütün region üçün sülh və sabitlik arzulayır və inanırıq ki, bölgənin inkişafı yalnız sülh və təhlükəsizlik yolu ilə mümkündür. Biz Ali Liderin və Sizin mövqelərinizə, həmçinin son müharibə zamanı atəşkəsin təmin olunmasına yönəlmiş tədbirlərinizə görə təşəkkür edirik".