8 October 2026
2026/10/05 - 18:04

Şahin Mustafayevin İranın yol və şəhərsalma naziri ilə görüşü Şimal-Cənub dəhlizinin inkişafı və birgə layihələrin sürətləndirilməsi vurğulanıb

.

Şahin Mustafayevin İranın yol və şəhərsalma naziri ilə görüşü; Şimal-Cənub dəhlizinin inkişafı və birgə layihələrin sürətləndirilməsi vurğulanıb

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.

Görüşdə iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya, humanitar sahələrdə münasibətlərin cari vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Dövlət Komissiyasının cari ilin fevral ayında Bakıda keçirilmiş 17-ci iclasında əldə olunmuş razılaşmaların icra prosesi, həmçinin imzalanmış Anlaşma Memorandumlarında nəzərdə tutulmuş tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.

Baş nazirin müavini prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında fəal siyasi dialoqun və dostluq münasibətlərinin iki ölkənin əlaqələrinin inkişafına mühüm təkan verdiyini bildirib. Bişkekdə liderlər arasında keçirilən görüşü xüsusi qeyd edib.

Şahin Mustafayev ötən dövrdə görülmüş işləri nəzərdən keçirərək, razılaşdırılmış layihələrin icra prosesinin sürətləndirilməsinin və müvafiq qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Danışıqlar zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və onun tranzit potensialının artırılması müzakirələrin əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində olub.

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması məmnunluqla qeyd edilib, sərhəd-keçid infrastrukturunun istifadəyə verilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Astara yük terminalında işlərin tamamlanması və terminalın yükaşırma imkanlarının genişləndirilməsi ilə bağlı görülən tədbirlər də nəzərdən keçirilib.

İki ölkə arasında prespektivli infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Dövlət Komissiyasının 17-ci iclasında əldə olunmuş razılaşmaların ardıcıl icrası və birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətlərində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlinib.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است