Azərbaycan Respublikasının xarici işlər naziri ilə ölkəmizin xarici işlər naziri vəzifəsini icra edən cənab Baqiri arasında telefon danışığı olub.
.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov çərşənbə axşamı günorta saatlarında Əli Baqiri ilə telefon danışığında Prezident, Xarici İşlər naziri və onları müşayət edən nümayəndə heyətinin şəhid olması ilə bağlı Azərbaycan Respublikası hökuməti və xalqının, eləcə də bu ölkənin Xarici İşlər Nazirliyinin dərin kədərini ifadə edib və başsağlığı verib.
O, münasibətlərin mürəkkəb mərhələsində iki ölkə arasında dostluq münasibətlərinin normallaşması və inkişafında cənab Əmir Abdullahiyanın peşəkar rolunu mühüm hesab edib.
Ceyhun Bayramov, Azərbayacan Prezidentinin bu gün səhər saatlarında İran İslam Respublikasının Bakıdakı səfirliyində olmasını və matəm kitabına ürək sözlərini yazmasını, bu ölkə hökuməti və xalqının dərin kədərinin əlaməti hesab edib, iki ölkə liderləri arasında son razılaşmaların davam etdirilməsinin vacibliyini vurğulayaraq, bu razılaşmaların icrasını sürətləndirmək üçün tam hazır olduğunu bəyan edib.
Bu danışıqda Əli Baqiri də Azərbaycan Prezidentinin başsağlığı məktubunu, ölkəmizin səfirliyində olmasını və hökumət şəhidlərinin xatirə kitabını imzalamasını, həmçinin Azərbaycan Respublikasının digər rəsmi şəxslərinin, o cümlədən Baş nazirin, Milli Məclisin sədrinin, Baş nazirin müavini və Birgə İqtisadi Komissiyanın sədrinin, Xarici işlər və Müdafiə nazirlərinin və Azərbaycan Respublikasının digər rəsmi şəxslərinin telefon zənglərini və başsağlığı məktublarını yüksək qiymətləndirib və buna görə təşəkkür edib.
Ölkəmizin diplomatik aparatının rəhbəri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qırılmaz əlaqələrə toxunaraq, şəhid Ayətullah Rəisinin və şəhid Əmir Abdullahiyanın ölkəmizin qonşuluq siyasəti çərçivəsində İran İslam Respublikası ilə region ölkələri, o cümlədən Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı və dərinləşdirilməsi istiqamətində fikir və fəaliyyətlərinin dəyərli bir xəzinə olduğunu qeyd edib.