8 October 2026
2026/10/05 - 18:23

Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub

.

Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub

3 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarı Seyid Abbas Əraqçinin bacısının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.

Nazirlər Azərbaycanla İran münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است